Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Adil Qeybulla: “Süni zəlzələ, sadəcə, mistikadır”

“Yer qabığından 10 km və daha çox dərinə doğru toplanan potensial enerjidən yaranan tektonik dalğaların yer səthini ani vaxt ərzində titrətməsi hadisəsi zəlzələ (Earthquake, disambiguation) adlanır. Zəlzələnin yaranması üçün əsas amil yerin altındakı müvafiq dərinliklərdə kövrək süxurların olmasıdır. Zəlzələ baş verərkən dayanıqlığını itirmiş həmin süxurlar yerini dəyişir və çox böyük tektonik enerji yaradır. Vulkan püskürməsi də zəlzələ yaradır, lakin onun tektonik enerjisi zəifdir. Zəlzələrin baş verməsi litosferdəki süxurların (plitələrin) qırıq və ya fay xətti üzrə (line of fault) yerdəyişməsi ilə xarakterizə olunur. Bu qırıq xətti 2 seysmik qurşaqda (zəlzənin daim baş verdiyi yerlərdə) mövcuddur: Alp-Himlay qurşağı və Sakit okean qurşağı. Litosferdə iki lay (süxur) toqquşarsa, sıxlığı yüksək olan lay yüngül olanı müxtəlif istiqamətə itələyə bilir. Bu Vadati-Buniof-Zonaları adlı model ilə izah olunur. Toqquşma üç istiqamətdə sürüşmə (friksiya) yarada bilər: yan-yana (normal), aşağı batırma (reverse (thrust)), zərbə sürüşməsi şəklində (strike-slip). Bu sürüşmələr, yerdəyişmələr (subduction) zonası Yer səthində çox böyük tektonik enerji yaradır və dağıntılar törədir. Səthi zəlzələləriin hiposentri 10 km-ə qədər dərinlikdə, normal zəlzələlərinki 10–60 km dərinlikdə, dərinlik zəlzələlərinin hiposentri 60–300 km, çox böyük dərinlikli zəlzələləriin hiposentri isə 300–700 km dərinlikdə yerləşir. Dünyada Rixter şkalası üzrə 10 dəqiqə müddətində davam edən 7 ballıq zəlzələnin enerjisi 25000 TNT-nin eyni vaxtda partlamasına ekvivalentdir. Bunları zəlzələnin süni yaradılmasını iddia edənlər üçün qeyd etdim. Süni zəlzələ, sadəcə, mistikadır”.

Pravda.az-ın xəbərinə görə, bunu professor Adil Qeybulla bildirib.

“Bu qədər enerjini Yer səthində əldə etmək və ən azı 10 km dərinliyə ötürmək heç bir vasitə ilə mümkün deyil. Sualtı partlayışlarla edildiyini iddia edənlər varsa, təsəvvür edin ki, Marian çökəkliyinin dərinliyi 11 km-ə yaxındır. Əgər bu dərinlikdə belə nəsə baş veribsə, onda yaranacaq sunami hanı? Hər şeyin elmi izahı var dostlar, miflər və mistikalar bir qayda olaraq, cahil beyinləri idarə edir”, - A.Qeybulla qeyd edib.

poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

107 minə görə həbs edilən ər-arvad bəraət aldılar

Keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər” - Yenilənib

Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib qanını tökdü

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur - Jurnalistlərdən Elmira Axundovaya cavab

Vladimir Putinin andiçmə mərasimi başladı - Video

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməməsinin səbəbini açıqladı: “Dəvət edilmədim”

Azərbaycanda məktəblilər arasında dava: Ölən var  

Ən çox oxunanalar